Milli Məclisin sabiq deputatı Rza İbadov
05 iyul 2021 18:19 (UTC +04:00)

Milli Məclisin sabiq deputatı Rza İbadov

UNUDULAN MƏMURLAR : Fransada alim oldu, Londonda biznes qurdu...

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini təqdim edir.

Layihəmizdə bu dəfə Dövlət Əmlak Komitəsi sədrinin keşmiş müavini, Milli Məclisin sabiq deputatı Rza İbadovdan bəhs edəcəyik.

Rza İbadov 1966-ci il martın 20-də Naxçıvan şəhərində anadan olub. M. V. Lomonosov adına Mosva Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. Rus və ingilis dillərini yaxşı bilir. 

Rza İbadov 1990-1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin üzvü, Ali Məclisin Gənclər və idman Komissiyasının sədri vəzifələrində çalışıb.

1995-ci il noyabrın 26-da baş tutan parlament seçkilərində 4 nömrəli Babək-Şahbuz dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Rza İbadov Milli Məclisin deputatı seçilib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Daimi Komissiyasının və Azərbaycan—ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Rza Aydın oğlu İbadov 21 iyul 1995-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi sədrinin müavini təyin edilib və bir müddət bu vəzifədədə işləyib.

Milli Məclisin sabiq deputatı hazırda Londonda yaşayır. 2005-ci ildə Londonda yaşamağa başlayandan sonra Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Fransa Beynəlxalq Münasibətlər və Strategiyalar İnstitutunda isə beynəlxalq münasibətlər üzrə doktorluq dərəcəsi alıb. İbadovun Londonda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iddia edilir. O, daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub. Ara-sıra Bakıya gələn Rza İbadov mətbuata müsahibələr versə də, ümumiyyətlə ictimai-siyasi fəaliyyətlə məşğul deyil.

Rza İbadov ailəlidir, iki qız övladı var.

# 9351
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar