Ülvira Qarayeva
19 yanvar 2023 12:13 (UTC +04:00)

Ülvira Qarayeva

Ülvira Qarayevadan ANS-ə ŞOK İTTİHAM: “Yağmalanmışam”

Tanınmış aparıcı Ülvira Qarayeva pensiya fonduna yüklənən aylıq vergisi ilə bağlı ittihamlar irəli sürüb.

Lent.az xəbər verir ki, onun sözlərinə görə, ANS-də işlədiyi dövrdə pensiya fonduna bir qəpik də ödənməyib:

“Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib, halbuki hər maaşımdan pul kəsilirdi.

Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər cibə gedirmiş, demək, hər ay. İllərlə soyulmuşam, yağmalanmışam, bu, azmış kimi, gələcəyimdən də oğurlanıb”.

Ü. Qarayeva həmçinin sözügedən iddiası ilə bağlı fotoları da paylaşıb.

# 5604
avatar

Oxşar yazılar