"TikTok"da satışa çıxarılan NÖMRƏLƏR:  Polisin bazasına girilib? - VİDEO
14 mart 2023 13:02 (UTC +04:00)

"TikTok"da satışa çıxarılan NÖMRƏLƏR: Polisin bazasına girilib? - VİDEO

"TikTok" sosial şəbəkəsində avtomobil dövlət qeydiyyat nişanlarını satan peyda olub.

Lent.az xəbər verir ki, bir nəfər “TikTok”da canlı yayım açaraq, öz “biznes”ini nümayiş etdirib.

Həmin şəxs iddia edir ki, satışda olan və olmayan bütün maşın nömrələrini müəyyən edə bilir. O, hətta izləyicilərinə fantastik qiymətlərə nömrələr təklif edir. 

Canlı yayıma yazılan rəylərdə də izləyicilər arzuladıqları nömrələri maraqlanaraq sifariş verə bilirlər. 

Tiktokerin bu məlumatları hansı mənbədən əldə etdiyi isə qaranlıq qalır.

Lent.az-ın yol polisindən əldə etdiyi məlumata görə, həmin “TikTok” istifadəçisi məlumatları “avtonet.az” saytına daxil olaraq öyrənir.

Belə ki, həmin saytın dövlət qeydiyyat nişanları satılan bölməsində rayonlara məxsus seriyalarla arzulanan nömrəni axtarışa vurur və həmin nömrənin saytda olub-olmamasını dəqiqləşdirir. Yəni, bir sözlə bunun Baş Dövlət Yol Polisi İdarəsinin sistemində mövcud olan satılmayan nömrələrlə heç bir əlaqəsi yoxdur.

İzləyicilərin əksəriyyəti isə həmin şəxsin məhz DYP-nin sistemində olan yaxud artıq istifadə edilən nömrələri bildirdiyinə inanır.

# 3795
avatar

Oxşar yazılar

Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39
Bəzi rayonlara leysan yağışları yağıb -  FAKTİKİ HAVA

Bəzi rayonlara leysan yağışları yağıb - FAKTİKİ HAVA

27 may 2023 , 17:31
“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

“Xalq Bankın” “Xalq Əmanəti” layihəsi davam edir - VİDEO

27 may 2023 , 14:26
Ən qidalı qatıqlar  bunlardır - ARAŞDIRMA

Ən qidalı qatıqlar bunlardır - ARAŞDIRMA

27 may 2023 , 13:49
Sabah 35 dərəcə  isti olacaq

Sabah 35 dərəcə isti olacaq

27 may 2023 , 12:37