Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq
12 yanvar 2023 13:29 (UTC +04:00)

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

Yanvarın 13-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, gecə və səhər saatlarında duman ilə əlaqədar Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Qorağan-Qax-Zaqatala, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdaş-Ləki, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan, Gəncə-Daşkəsən, Goranboy-Tərtər, Şəmkir-Gədəbəy, Bərdə-İstisu, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Göyçay-Ucar, Ucar-Zərdab-Ağcabədi, Bəhramtəpə-Biləsuvar, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin arabir 200-700 m-dək məhdudlaşacağı, gecə saatlarında dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı gözlənilir. 

# 1995
avatar

Oxşar yazılar