Sosial müavinət və təqaüdlər artacaq
05 yanvar 2023 15:15 (UTC +04:00)

Sosial müavinət və təqaüdlər artacaq

Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti 10 gün müddətində sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

# 2964
avatar

Oxşar yazılar