Şagirdlərdən ETİRAZ: "DONURUQ"
01 dekabr 2022 14:04 (UTC +04:00)

Şagirdlərdən ETİRAZ: "DONURUQ"

Sabirabad rayonu, M.Tağıyev adına Kovlar kənd orta məktəbinə hələ də istilik verilməyib.

Lent.az xəbər verir ki, bu barədə sözügedən məktəbin şagirdləri sosial şəbəkələdə paylaşım edib. Paylaşımda şagirdlər etiraz əlaməti olaraq, əllərində "1 dekabr soyuqdan donuruq" şüarı tutublar.

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vilayət Əliyevə müraciət etdik.

Vilayət Əliyev açıqlamasında bildirib ki, həmin məktəbə dizel yanacaq qazanxana sistemi ilə istilik verilir.

Onun sözlərinə görə, qazanxana işə salınarkən sistemdə bəzi problemlər yaranıb:

"Hazırda təmir-bərpa işləri aparılır. Çox güman ki, problem günün sonuna və ya sabaha həll olunacaq".

# 3636
avatar

Arzu Qurbanlı

Oxşar yazılar