Sabahın havası ilə bağlı daha bir  XƏBƏRDARLIQ
02 may 2023 17:07 (UTC +04:00)

Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ

Mayın 3-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, yağışlı hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

Mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

# 2850
avatar

Oxşar yazılar