Sabah DƏHŞƏTLİ İSTİ olacaq -  HAVA PROQNOZU
02 sentyabr 2022 12:38 (UTC +04:00)

Sabah DƏHŞƏTLİ İSTİ olacaq - HAVA PROQNOZU

Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

# 4947
avatar

Oxşar yazılar