Sabah çimərliklərə hazırlaşanlara XƏBƏRDARLIQ:  Ehtiyatlı olun!
14 iyul 2022 15:10 (UTC +04:00)

Sabah çimərliklərə hazırlaşanlara XƏBƏRDARLIQ: Ehtiyatlı olun!

İyulun 15-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, şimal küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyyə olunur.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

# 2892
avatar

Oxşar yazılar