Abşeron çimərliklərində 26 iyulda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometerologiya xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 26-da mülayim cənub küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.