Sabah bu yollar  buz bağlayacaq   - XƏBƏRDARLIQ
16 yanvar 2023 12:47 (UTC +04:00)

Sabah bu yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Yanvarın 17-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı gözlənilir.

# 1992
avatar

Oxşar yazılar