Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU
02 may 2023 12:56 (UTC +04:00)

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

Mayın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər saatlarında gözlənilən yağışın gün ərzində davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 13-17° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

# 2079
avatar

Oxşar yazılar