Sabah Bakıda yağış yağacaq
29 aprel 2023 15:17 (UTC +04:00)

Sabah Bakıda yağış yağacaq

Aprelin 30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, saat 09:00-12:00 radələrində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər tezdən gözlənilən duman tədricən seyrələcək.
Cənub küləyi 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu 19-24° isti olacaq.


Saat 12:00-15:00 radələrində:
Hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
Cənub küləyi 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu 25-29° isti olacaq.


Saat 15:00-18:00 radələrində:
Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, saat 18:00 radələrində arabir tutulacağı gözlənilir.
Cənub-şərq küləyi 7-12 m/s, saat 18:00 radələrində şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s təşkil edəcək.
Havanın temperaturu 29°-dək isti, saat 18:00 radələrində 22°-yə yaxın olacaq.


Saat 18:00-21:00 radələrində:
Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Şimal-qərb küləyi 9-14 m/s, saat 20:00-21:00 radələrində arabir 16-18 m/s-dək güclənəcək.
Havanın temperaturu 17-20° isti olacaq.


Saat 21:00-24:00 radələrində:
Hava şəraitinin buludlu olacağı gözlənilir. Saat 23:00-24:00 radələrindən yağışın başlanması gözlənilir.
Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-20 m/s-dək güclənəcək.
Havanın temperaturu 15-17° isti olacaq.

# 2259
avatar

Oxşar yazılar