Sabah 40 dərəcə isti olacaq - PROQNOZ
09 iyul 2022 12:00 (UTC +04:00)

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

İyulun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometereologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

# 2475
avatar

Aytəkin Cəlali

Oxşar yazılar