Sabah 39 dərəcə isti olacaq -  HAVA PROQNOZU
30 avqust 2022 11:56 (UTC +04:00)

Sabah 39 dərəcə isti olacaq - HAVA PROQNOZU

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

# 2427
avatar

Oxşar yazılar