Sabah 39 dərəcə isti olacaq -  HAVA PROQNOZU
29 avqust 2022 11:57 (UTC +04:00)

Sabah 39 dərəcə isti olacaq - HAVA PROQNOZU

Avqustun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

# 2031
avatar

Oxşar yazılar