Sabah  22 dərəcə isti   olacaq - HAVA PROQNOZU
27 fevral 2023 12:48 (UTC +04:00)

Sabah 22 dərəcə isti olacaq - HAVA PROQNOZU

Fevralın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-13° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

# 4287
avatar

Oxşar yazılar