Rusiyada ikiarvadlı azərbaycanlıların nikahı LƏĞV EDİLDİ  - QALMAQAL
09 iyun 2022 16:00 (UTC +04:00)

Rusiyada ikiarvadlı azərbaycanlıların nikahı LƏĞV EDİLDİ - QALMAQAL

Rusiyada 2 Azərbaycan vətəndaşının yerli xanımlarla nikahı məcburi qaydada ləğv edilib.

Lent.az xəbər verir ki, hadisə Yamal-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.

Belə ki, ötən ilin yazında Azərbaycan vətəndaşları Noyabrskda yerli sakinlərlə nikaha girib.

Araşdırma zamanı soydaşlarımızın Azərbaycanda da evli olduqları üzə çıxıb. Nəticədə hər iki vətəndaşın nikahı qanunsuz elan olunub.

Bundan başqa, həmin Azərbaycan vətəndaşlarının Rusiyada müvəqqəti yaşamaq və işləmək icazəsi də ləğv olunub.

# 4536
avatar

Vüqar İsmayılov

Oxşar yazılar