Radio yayımçısı lisenziyası üçün müsabiqə elan edildi - SİYAHI
09 iyul 2022 09:40 (UTC +04:00)

Radio yayımçısı lisenziyası üçün müsabiqə elan edildi - SİYAHI

Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının alınması üçün iyulun 13-dən üç müsabiqə elan edir.

Lent.az xəbər verir ki, yayımın əhatə zonası ümumölkə olaraq nəzərdə tutulub.

Müsabiqələrdən birincisi (93.3 MHs) üzrə ayım həyata keçiriləcək radiotezliklər bunlardır:

Bakı Teleqüllə Kompleksindən - 93.3 MHs

Ağsu rayonu ərazisindəki "Gülüstan" RTYS-dan - 102.1 MHs

Lerik rayonu ərazisindəki "Lerik" RTYS-dan - 91.3 MHs

Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 97.1 MHs

Quba rayonu ərazisindəki "Dağlı" RTYS-dan - 93.3 MHs.

Bundan başqa, Şuranın elan etdiyi ikinci müsabiqə (Bakı-Abşeron 93.0 MHs) üzrə yayım həyata keçiriləcək radiotezliklər bunlardır:

Bakı Teleqüllə Kompleksindən - 93.0 MHs

İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 98.8 MHs

Lerik rayonu ərazisindəki "Lerik" RTYS-dan - 107.5 MHs

Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 96.1 MHs

Ağstafa rayonu ərazisindəki "Poylu" RTYS-dan - 88.4 MHs.

Şuranın elan etdiyi digər üçüncü müsabiqə müsabiqə (Bakı-Abşeron 90.7 MHs) üzrə yayım həyata keçiriləcək radiotezliklər bunlardır:

Bakı Teleqüllə Kompleksindən - 90.7 MHs

İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 104.5 MHs

Lənkəran rayonu ərazisindəki "Lənkəran" RTYS-dan - 89.6 MHs

Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 98.0 MHs

Zaqatala rayonu ərazisindəki "Danaçı" RTYS-dan - 90.9 MHs

Hər üç müsabiqə üzrə sənəd qəbulu 30 iş günü müddətində (23 avqust 2022-c il tarixədək) həyata keçirilir. Bu müddət bitdikdən sonra 10 iş günü ərzində sənədlərə baxılacaq və iddiaçılara müsabiqəyə buraxılmaları haqqında rəsmi məlumat veriləcək. Həmin müddətdən sonrakı 30 iş günü ərzində Azərbaycan Respublikası Audiovizual Şurası müsabiqəni keçirəcək və nəticələrini rəsmi olaraq açıqlayacaq.

# 1623
avatar

Oxşar yazılar