Qüdrət Həsənquliyevdən əsassız ödənilən pensiyalarla bağlı  MARALI TƏKLİF
27 dekabr 2022 15:08 (UTC +04:00)

Qüdrət Həsənquliyevdən əsassız ödənilən pensiyalarla bağlı MARALI TƏKLİF

“Pensiyaçının günahı olmadan onun pensiyasının tutulması ədalətli deyil”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüqyq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, pensiyaçı dövlət məmuru ilə hansısa əlaqəyə girib pensiya alıbsa, onun əlavə aldığı məbləğin hamısı, dövlətdən aldığı pullar geri alınmalıdır: “Amma bu vəsaitlərin pensiyaçılardan tutulması pensiyaçılar üçün ciddi problem yaradacaq. Ona görə qanunvericilik təşəbbüsü subyekti ilə danışılsın və pensiyaçı orta aylıq əməkhaqqından çox alırsa, bu məbləğ ondan tutulsun. Az alırsa, o məbləğ bunu onun üçün təşkil edən dövlət məmurundan tutulmalıdır. Biz bu gün ağsaqqallarımızın qayğısına nə qədər qalacağıqsa, gələcək nəsil də bizi düşünəcək. Bu gün bəzi gənc ailələrin valideynlərinə kömək etmək imkanı yoxdur, onlar pensiya ilə dolanırlar. Yəni o pul artıq ödənilibsə, artıq xərclənib. Bu güzəşti, amnistiyanı bir az da genişləndirməyə ehtiyac var”.

Deputat bildirib ki, ona gənc ailə müraciət edib: “Onlar kirayədə qalır. Xanım analıq məzuniyyətinə çıxıb və ona vəsait ödənilib. İndi isə tələb edirlər ki, sizə artıq pul ödəmişik, pulu geri qaytar. Burada ailənin nə günahı var?! Vəzifəli şəxsin səhvidir və bu məbləğ ondan tutulmalıdır”.

# 2544
avatar

Oxşar yazılar