Pul cırılıbsa, nə etməliyik? -  CAVAB
27 iyul 2022 16:48 (UTC +04:00)

Pul cırılıbsa, nə etməliyik? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu cırıq və yararsız pullarla bağlıdır. 

Pul hamımızın yaşamaq üçün lazım olan ehtiyaclarından biridir. 

Bəs, pul cırılıb və yaxud da yararsız vəziyyətə düşübsə, nə etməliyik?

“Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev deyir ki, pul iki yerə bölünübsə belə bunu bərpa etmək olar:

“Pulunuz iki yerə cırılıbsa, heç olmasa 60 faizi əlinizdədirsə həmin pulun nominal dəyərini bərpa etmək mümkündür. Bunun üçün isə Mərkəzi Banka müraciət etmək lazımdır. Bank pulunuzun dəyərini qaytarır”.
 

# 6888
avatar

Aytəkin Cəlali

Oxşar yazılar