Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
31 yanvar 2025 17:31 (UTC +04:00)

Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI

Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib.

Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2967

Oxşar yazılar

Azərbaycanda bir neçə nəfər itkin düşüb,  polis axtarır

Azərbaycanda bir neçə nəfər itkin düşüb, polis axtarır

22 mart 2025 , 18:07
Hazırda bu rayonlara qar yağır  - FAKTİKİ HAVA - YENİLƏNİB

Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

22 mart 2025 , 18:05
Tanınmış jurnalistə AĞIR İTKİ

Tanınmış jurnalistə AĞIR İTKİ

22 mart 2025 , 12:52
Qar uçqununda ölən əsgər dəfn edildi  - YENİLƏNİB

Qar uçqununda ölən əsgər dəfn edildi - YENİLƏNİB

22 mart 2025 , 12:45
Qar, yağış, dolu  - Sabahın HAVASI

Qar, yağış, dolu - Sabahın HAVASI

22 mart 2025 , 12:30
Qar uçqununda həlak olan əsgər dəfn olundu

Qar uçqununda həlak olan əsgər dəfn olundu

22 mart 2025 , 12:19
Jurnalistin oğlu gənc yaşında vəfat etdi

Jurnalistin oğlu gənc yaşında vəfat etdi

22 mart 2025 , 10:04
Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

Xırdalanda su təchizatı dayandırldı - XƏBƏRDARLIQ

21 mart 2025 , 22:30