Ölmüş ər arvadına milyonlar  QAZANDIRDI
08 may 2023 14:47 (UTC +04:00)

Ölmüş ər arvadına milyonlar QAZANDIRDI

İngiltərədə dul qadın mərhum ərinin biletlərindən istifadə edərək lotereyada 166 min funt sterlinq udub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki,  37 yaşlı Lesli MakNallinin əri, 60 yaşlı Harri 2021-ci ilin sentyabrında vəfat edib.

O, doğum gününü qeyd etdikdən cəmi beş gün sonra infarkt keçirərək, həyat yoldaşı və üç övladını geridə qoyub. Leslie və Harry köhnə yaşadıqları evdə poçt kodu lotereyası oynayırdılar. Bu oyuna yeni köçdükləri evdə də davam ediblər. 

Qadın ərini itirdikdən sonra birgə başladığı “Xalq Poçt Kodu” lotereyasında iştirakını davam etdirmək qərarına gəlib. O, 166,666 funt sterlinq qazanıb. Lesliyə görə, bu, onun həyatını əhəmiyyətli dərəcədə dəyişəcək pul məbləğidir.

“Xoşbəxtəm ki, mən və ailəm qalib gəldi. Amma çoxdandır ki, oynayırıq və Harri bunu görmək üçün burada olmadığı üçün kədərlənirəm. Özümü pis hiss edirəm, sadəcə heyrətə gəlirəm... Həqiqətən necə hiss edəcəyimi bilmirəm. Başımda çoxlu duyğular var. Bu, inanılmazdır və ailənin həyatını dəyişəcək... Bu, mənə və oğlanlarıma kömək edəcək”, - britaniyalı paylaşıb.

The mum won £166,666 on the postcode lottery

Garry died just five days after his 60th birthday

She thought the postcode lottery staff were labour workers

# 2322
avatar

Fidan İlqar

Oxşar yazılar