Nigeriyada oğurlanan 22 milyon barel neft geri qaytarıldı
31 avqust 2022 05:53 (UTC +04:00)

Nigeriyada oğurlanan 22 milyon barel neft geri qaytarıldı

Nigeriya Mill Neft Şirkəti təhlükəsizlik orqanları ilə birgə 6 ay ərzində oğurlanmış 22 milyon barel nefti geri qaytara bilib.

Lent.az xəbər verir ki, bu barədə Şirkətin rəhbəri mele Kyari mətbuat konfransında bildirib.
“Aprel-iyul aylarında keçirilmiş əməliyyatlarda cinayətkar qrupların oğurladığı 22 milyon barel neft məhsulu geri qaytarılıb. Bunların işində kustar üsulla emal edilən benzin və Dizel yanacağı da var. Əməliyyarlarda çox sayda texnika da müsadirə olunub” – deyə şirkət rəhbəri qeyd edib.
 

# 2280
avatar

Oxşar yazılar