Nazirlər Kabinetinin qarşısındakı aksiyaya  icazə verilmədi
08 iyul 2022 12:21 (UTC +04:00)

Nazirlər Kabinetinin qarşısındakı aksiyaya icazə verilmədi

Bakı şəhər İcra Hakimiyyəti Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə icazə verməyib.

Lent.az-ın xəbərinə görə, icra hakimiyyəti bu gün müraciətə cavab verib.

Qeyd edilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, toplantının keçirilməsi barədə müraciət 5 iş günü əvvəl edilməlidir. Bu tələb pozulduğuna görə toplantının keçirilməsinə icazə verilməyib.

İyulun 13-də saat 12.00-da Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın” tələbilə dinc etiraz piketi keçirilməsi planlaşdırılırdı.

# 1881
avatar

Oxşar yazılar