Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb? -  AÇIQLAMA
01 iyul 2022 17:02 (UTC +04:00)

Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb? - AÇIQLAMA

Dövlət Sərhəd Xidməti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin bağlanması barədə xəbərlərə münasibət bildirib.

Lent.az-ın xəbərinə görə, Dövlət Sərhəd Xidmətindən (DSX) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX Nazirlər Kabinetinin 2022-ci il iyunun 20-dəki 232 saylı qərarına uyğun olaraq, müvafiq fəaliyyət göstərir.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2022-ci il iyunun 20-dəki  qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-i saat 06:00-dək uzadılıb.

Beləliklə, bu müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxış dayandırılması qüvvədə qalır.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Naxçıvan-Türkiyə quru sərhədinin vətəndaşlar üçün bağlanması ilə bağlı məlumat yayılıb.

Vətəndaşlara sərhəd-keçid məntəqələrində artıq Naxçıvandan quru yolu ilə Türkiyəyə keçməyə icazə verilməyəcəyinin bildirildiyi nəzərə çatdırılıb.

# 6708
avatar

Oxşar yazılar