Narkoman ananın sevgilisi uşaqları DÖYDÜ  - FOTO  - YENİLƏNİB
30 iyun 2022 16:45 (UTC +04:00)

Narkoman ananın sevgilisi uşaqları DÖYDÜ - FOTO - YENİLƏNİB

Sumqayıtda azyaşlının döyülməsi ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

İstintaq hərəkətləri davam etdirilir.

İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaqdır.

***

saat 16:21

Azərbaycanda ananın sevgilsi uşaqlara şiddət göstərib. 

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, uşaqlara qadının sevgilsi şiddət göstərib:

“Hadisə Sumqayıtda olub. 3 bacı ananın sevgilisi tərəfindən fiziki zorakılığa məruz qalıb. Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanıb. Uşaqların anasını sevgilisi öz gününə salıb, narkotikdən asılı edib. Uşaqları təhlükəsizlik baxımından xala ilə baba Uşaq Sığınacağına yerləşdirib. Narkotik aludəçisi cinayətini gizlətmək üçün nələrə əl atmaz ki. 1 ildir ki uşaqlar təhsildən yayınıblar”.

# 4794
avatar

Aytəkin Cəlali

Oxşar yazılar