Müşahidə kameraları ilə bağlı əhaliyə MÜRACİƏT
29 aprel 2023 12:45 (UTC +04:00)

Müşahidə kameraları ilə bağlı əhaliyə MÜRACİƏT

Daxili İşlər Nazirliyindən polis tərəfindən vətəndaşlara məxsus obyektlərdə videomüşahidə vasitələrinin quraşdırılması iddialarına münasibət bildirilib.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bugünədək dövlət tərəfindən parklarda, meydanlarda, küçələrdə, prospektlərdə, nəqliyyat infrastrukturlarında və əhalinin sıx toplaşdığı digər yerlərdə minlərlə kamera quraşdırılıb. Həmin vasitələr uzun illərdir ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında, köməksiz, həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxslərə yardım göstərilməsinin təmin edilməsində uğurla istifadə olunur:

"Vətəndaşlara məxsus obyektlərdə isə Daxili İşlər Nazirliyi tərəfindən videokameralar quraşdırılmır. Bu cür işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər tərəfindən və onların şəxsi vəsaitləri hesabına həyata keçirilməlidir.

Hazırda vətəndaşlarımızın özlərinə məxsus obyektlərdə quraşdırdıqları videomüşahidə vasitələrinin sayı 200 mindən çoxdur  və həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə qoşulmur. Lakin obyektlərdə olan kameraların görüntüləri cinayətlərin qarşısının alınmasında və açılmasında əvəzsiz rolunu, eləcə də əhəmiyyətini hər zaman göstərir.

Vətəndaşlarımızdan bu mühüm amili nəzərə alıb obyektlərində videomüşahidə kameralarının tətbiqini davam etdirmələri xahiş olunur".

# 2652
avatar

Oxşar yazılar