Məktəblərdə tənəffüs QAYDALARI
22 sentyabr 2021 18:13 (UTC +04:00)

Məktəblərdə tənəffüs QAYDALARI

Azərbaycanda bu gündən ibtidai siniflər üçün yeni tədris ili başlayıb.

Maraqlıdır, pandemiya zamanı açılan məktəblərdə şagirdlərin tənəffüs fasiləsində istirahəti necə təşkil olunub?

Bu barədə məktəblərdən Lent.az-a bildirilib ki, tənəffüs vaxtı ilə bağlı heç bir qadağalar baş tutmasa da, tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyib. Həmçinin uşaqlara davamlı olaraq gigiyenik qaydalara əməl etmələri tapşırılıb.

Bundan başqa fasilələrdə pəncərələr açılaraq sinif otağı havanlandırılıb.

# 3813
avatar

Oxşar yazılar