Hafiz Heydərov
23 fevral 2023 15:48 (UTC +04:00)

Hafiz Heydərov

“Lent.az”ın baş redaktoru prokurorluqda mühazirə oxudu - FOTO

Baş Prokurorluqda “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq keçirilib.

Treninqdə Baş Prokurorluğun məsul şəxsləri ilə yanaşı Medianın İnkişafı Agentliyindən Pərvanə İbrahimova, “Real” TV-nin baş direktoru Mirşahin Ağayev və “Lent.az” xəbər saytının baş redaktoru Hafiz Heydərov mühazirə oxuyublar.   

Rəsmi dövlət qurumu ilə razılaşdırmadan yayılmış məlumatların hüquqi nəticələri və təqsirsizlik prezumpsiyası barədə danışan Hafiz Heydərov təlim iştirakçılarına bu barədə ətraflı məlumat verib, jurnalist fəaliyyəti dövründə bu istiqamətdə qarşılaşdığı problemlərdən söz açıb. 

O qeyd edib ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin, onun təqsiri sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir: “Hörmətli həmkarlarım nəzərə almalıdırlar ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır və biz ona cinayətkar deyə bilmərik. Təəssüflər olsun ki, bu gün Azərbaycan mediasında bu prinsipin pozulmasına daha çox təsadüf edilir. Bunun əsas səbəbi kriminaldan yazan jurnalistlərin hüquqi bilgilərinin az olmasıdır. Bu da normaldır. Çünki jurnalistlər hüquqşünas deyillər. Onlar bu prinsipləri bilməyə bilərlər. Lakin bu o demək deyil ki, biz belə də davam etməliyik. Həll yolu var. Həll yolu ondan ibarətdir ki, mediada hüquq-mühafizə orqanları ilə birbaşa işləyən jurnalistlər üçün tez-tez treninqlər, təlimlər keçirilməlidir. Onlar işlədikləri sahələr üzrə ixtisaslaşmalıdırlar. Belə bir treninqi təşkil etdiyi üçün mən Baş Prokurorluğa təşəkkür edirəm”.

# 2424
avatar

Oxşar yazılar