Küləkli, yağışlı hava nə vaxta qədər DAVAM EDƏCƏK? -  RƏSMİ CAVAB
06 sentyabr 2022 13:12 (UTC +04:00)

Küləkli, yağışlı hava nə vaxta qədər DAVAM EDƏCƏK? - RƏSMİ CAVAB

“Hazırda davam edən küləkli hava şəraiti sentyabrın 8-ə qədər davam edəcək”.

Bu sözləri Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün ərzində isə Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək:

“Havanın temperaturunun ötən günlərlə müqayisədə aşağı enməsi müşahidə olunur. Paytaxt ərazisində günorta saatlarında 21-24 dərəcə isti olacaq”.

Eyni zamanda, əlavə edib ki, bölgələrdə də bu gün və sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir:

“Əsasən dağlıq-dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Sentyabrın 8-i gündüz saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Küləkli hava şəraiti də sentyabrın 8-ə qədər davam edəcək”.

# 5883
avatar

Fidan İlqar

Oxşar yazılar