Kəlbəcərdəki mövqelərimiz bir neçə dəfə atəşə tutuldu
10 sentyabr 2022 09:40 (UTC +04:00)

Kəlbəcərdəki mövqelərimiz bir neçə dəfə atəşə tutuldu

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 1509
avatar

Oxşar yazılar