Əflatun Amaşov
29 avqust 2022 13:13 (UTC +04:00)

Əflatun Amaşov

"İstefa vermək fikrim yoxdur" - Əflatun Amaşov

Əflatun Amaşov Mətbuat Şurasının sədrliyindən istefa verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Lent.az xəbər verir ki, o, bu barədə özünün "Facebook" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şayiədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam. 

Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır".

# 2649
avatar

Oxşar yazılar