İnsanın özünü tutan QARĞIŞLARI  – onlar günaha batırmı?
31 may 2023 16:46 (UTC +04:00)

İnsanın özünü tutan QARĞIŞLARI – onlar günaha batırmı?

“Balandan görəsən”, “adın batsın”, “görüm səni öləsən” və s. kimi ifadələri gündəlik həyatda tez-tez eşidirik. Bunun adına da qarğış deyirik. Bir sözlə qarğış bir insanın özünə rəva bilmədiyi, başqasına arzuladığı bədduasıdır. Yəni insan hansısa anlaşılmazlığa görə, kiminləsə sözü düz gəlmədikdə, yaxud kimisə xoşlamadıqda ona bəddua, qarğış edir. 

Maraqlıdır, görəsən qarğışın İslam dinində yeri hardadır?

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Lent.az-a açıqlamasında bildirib ki, dinimizdə qarğış etmək bəyənilmir. 

Onun sözlərinə görə, qarğış İslam dinində yaxşı qəbul olunmayan bir əməldir:

“Boş yerə, bir insanın başqasına qarğış etməsi günahdır. Bəzi insanlar kimlərəsə yerli-yersiz qarğış edir və onları lənətləyirlər. Müqəddəs mənbələrdə qarğışla bağlı müəyyən məhdudiyyətlər var. Həzrəti Əli həmin məhdudiyyətləri Qüds deyilən o ayələr və surələrlə bizə çatdırıb. Məhz bununla bağlı xüsusi ayədə qeyd edilir: Yaranmışlara lənət deməyin, onları lənətləməyin onları qarşılamayın ki, etdiyiniz lənət və qarğışlar sizin özünüzə qayıdar”. Səbəbsiz yerə yəni əsas olmadan deyilən lənət və qarğış insanın özünə qayıda bilər. Bir sözlə, Allah həmin lənəti, qarğışı insanın özünə qaytarır. Məhz bu səbəbdən qarğış dinimizdə xoşa gəlməyən bir əməldir. Allah tərəfindən bu iş müsbət və ya yaxşı əməl kimi qəbul olunmur”.

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova isə bildirib ki, insanlar düşdüyü mühitə və yaşadığı situasiyaya əsasən qarğış edir:

“Dəfələrlə şahid olmuşuq ki, ana belə öz övladına qarğış edir. Qeyri-etik ifadələr və qarğışlar müəyyən hallarda bağışlanılan olur. Amma həmin qarğış əvvəlcə qarğış edənin özünə təsir edir. Bəzi insanlar qarğış edərək rahatlaşmağa çalışırlar. Amma başa düşmürlər ki, həmin qarğış onun özünə qayıdır”.

# 3048
avatar

Arzu Qurbanlı

Oxşar yazılar