İnsan əti  necə dadır?   - Alimlər cavab verir
12 may 2023 19:41 (UTC +04:00)

İnsan əti necə dadır? - Alimlər cavab verir

2014-cüildə BBC-nin əməkdaşı, jurnalsit Qreq Fut insan ətinin necə daddığını öyrənmək üçün öz ayağının əzələsindən bir hissə götürülməsinə icazə verib.

Alimlər kannibalizmə (insan əti yeməyə) meyli olan bir qrup insanı toplayıb yurnalistin ətindən yedizdiriblər və insan ətinin necə tamı olması barədə soruşublar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, almaniyalı kannibal Armin Meyves insan ətinin donuz ətinin dadına yaxın olduğunu deyib. Lakin insan əti donuz ətindən daha acı və sərtdir.

Yaponiyalı kannibal Yesey Saqavanın fikrincə, insan əti zərif və yumşaqdır, dadı durna balığının ətinə daha çox bənzəyir.

1972-ci ildə And dağlarının zirvəsində baş vermiş təyyarə qəzası nəticəsində sağ qalmış sərnişinlər aclıqdan ölməmək üçün donmuş meyitləri yeməli olmuşdular. Sonralar xilas edilən sərnişinlər donmuş insan ətinin dadı olmadığını bildirmişdilər.

Jurnalsitin ayağından götürülən hissənin laborator analizləri ona deməyə əsas verib ki, insan ətinin qoxusu donuz və toyuq ətindən qat-qat ləzzətli və iştahaçıcıdır.

Bir neçə il öncə alimlər cəngəlliklərə səyahət edib, insan əti yeyən qəbilələr barədə sənədli film çəkmişdilər. Həmin filmdə qaradərili  kanniballar ağdərili insanların ətinin dadsız olduğunu demişdilər. Buna səbəb ağ insanların duzdan həddən artıq istifadə etməsi idi. Əgər yemək seçmək lazım gələrsə  “zəncilərin əti daha dadlı olur” deyə onlar bildirmişdilər.

 

# 4692
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar