III və II qruplar üzrə qəbul imtahanları KEÇİRİLƏCƏK
15 may 2023 11:10 (UTC +04:00)

III və II qruplar üzrə qəbul imtahanları KEÇİRİLƏCƏK

Məlum olduğu kimi, mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Mayın 21-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətindən verilən icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsindən verilən və fotoşəkilləri yapışdırılan arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

# 1794
avatar

Fidan İlqar

Oxşar yazılar

Sabah üçün tibbi-meteoroloji  PROQNOZ

Sabah üçün tibbi-meteoroloji PROQNOZ

23 aprel 2024 , 15:26
Narkotik artıq  məktəblərə yol tapıb   - Siyavuş Novruzov

Narkotik artıq məktəblərə yol tapıb - Siyavuş Novruzov

23 aprel 2024 , 14:33
30 dərəcə istidən sonra  şaxtalı hava

30 dərəcə istidən sonra şaxtalı hava

23 aprel 2024 , 14:11
Vüqar Səfərli də ƏFV istəyir

Vüqar Səfərli də ƏFV istəyir

23 aprel 2024 , 14:09
Aprelin 23-nün  ən xoşbəxt   BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız  var

Aprelin 23-nün ən xoşbəxt BÜRCÜ: Uğur qazanmaq üçün hər şansınız var

23 aprel 2024 , 13:48
Sabah  30 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 30 dərəcə isti olacaq - HAVA PROQNOZU

23 aprel 2024 , 12:48
Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

Sosial ödənişlərlə bağlı ŞAD XƏBƏR

23 aprel 2024 , 10:59
Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

Yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

23 aprel 2024 , 09:13