Əhəd Abıyev
18 aprel 2022 22:04 (UTC +04:00)

Əhəd Abıyev

İcra başçısının jurnalistə qarşı iddiası icraata götürülmədi

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev jurnalist Cavid Şirəliyev barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, şikayət ərizəsində iddia olunub ki, Cavid Şirəliyev bir neçə gün əvvəl saytlardan birində icra başçısı barəsində şərəf və ləyaqətə xələl gətirən məqalə yayımlayıb.

Bununla bağlı jurnalistin Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələri ilə ittiham olunması tələb olunub.
Masallı Rayon Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda jurnalist çıxış edərək sözügedən xəbərin imzasız yayımlandığını, yazının ona aid olmadığını diqqətə çatdırıb.

Məhkəmənin qərarı ilə Əhəd Abıyev tərəfindən verilmiş şikayət əsassız hesab olunaraq icraata götürülməyib.

# 2619
avatar

Oxşar yazılar