Hava sərinləşəcək -  PROQNOZ
31 avqust 2022 10:13 (UTC +04:00)

Hava sərinləşəcək - PROQNOZ

Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün avqust ayının son günüdür. Buna baxmayaraq o sentyabr ayından da bir-neçə gün mənimsəmək niyyətindədir. Lakin yayın istisindən yorulanlar üçün xoş xəbər, belə ki, artıq sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Bu proses sentyabrın 5-8-də gözlənilir. Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə həm insanların, həm də təbiətin həsrətində olduğu yağışlar gözlənilir.

 

 

 

 

# 12222
avatar

Oxşar yazılar