Hacı Şahinin ölüm səbəbi açıqlandı - RƏSMİ
02 mart 2023 10:01 (UTC +04:00)

Hacı Şahinin ölüm səbəbi açıqlandı - RƏSMİ

TƏBİB Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı məlumat yayıb.

Lent.az xəbər verir ki, məlumatda bildirilir:

"1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürək tutmasından həkiməqədər ölüm qeydə alınıb.

Qeyd edək ki, ailəsinin bildirdiyinə görə, Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib".

# 10338
avatar

Arzu Qurbanlı

Oxşar yazılar