Guya hər işimiz düz idi, bir “Nemət”imiz tərs?
18 yanvar 2023 11:21 (UTC +04:00)

Guya hər işimiz düz idi, bir “Nemət”imiz tərs?

Bu ölkədə istənilən səviyyəsiz mövzuyla gündəmə gəlmək, istənilən ölkə əhəmiyyətli məsələni də bir şou nümayəndəsinin qəsdən çıxardığı hoqqabazlıqla dəyişmək olar.

Tutaq ki, Avropa miqyasında taleyimiz həll olunarkən,  ölkə hansısa böyük korrupsiya qalmaqalı ilə çalxalanırkən və ya dünyanın düzəni dəyişərkən siyasi analizlər, araşdırmalar qalır kənarda, məişət motivləri, xəyanət, gizli kamera görüntüsü, kiminsə efirdə kəlləmayallaq aşması olur müzakirə mövzusu.

Cəmiyyətimiz cılız və səviyyəsiz temalara gərəyindən çox beyin yorur, vacib işlər qalır kənarda, boş-boş şeylərə görə ikiyə bölünürük.

Bu müzakirələr bir şeyi düzəltməsə də, aramızdakı birliyi pozur, silkələyir, bəlkə çoxları qərəzli şəkildə fikir ayrılığı, narazılıq toxumu səpir. Çoxlarının işinə yarayır bizim narazı simamız, bir-birimizi “didib-parçalamağımız”.

Əslində dünyada nə qədər insan var, o qədər də fərqli fikir, fərqli baxış var. Ağıllı adam başqalarının fərqli fikirlərinə qıcıqla yanaşmır, dinləyir, öz arqumentini ortaya qoyur. Bizdə “mənim kimi düşünmürsənsə, düşmənimsən, mən deyəndir” prinsipi hökm sürür. Bu ən yaxşı halda zombiləşməyə gətirib çıxaracaq. Polemika inkişafa aparırsa yaxşıdır, parçalanmaya aparırsa, düşünməliyik ki, o qınadığmız, asıb-kəsdiyimiz də bizdəndir. 

Dünən yaxşı fiziki formada olduğunu isbat eləmək üçün  kameralar qarşısında başıaşağı dayanan Nemət Pənahlı da beləcə gəldi keçdi xəbər gündəmimizdən. Çoxları Nemət Pənahlının şəkillərini paylaşıb, belə bir liderimiz olmadığı üçün Allaha şükür elədi. Bu da onların düşüncəsidir. Onu müdafiə etmək fikrim yoxdur. Sadəcə düşünürəm, Nemət Pənahlının etdiyində bir ayıb varmıydı?  Yox. Sadəcə yeri və məkanı deyildi. Bunu bəlkə hansısa reklamı bol olan məmur, xarici bir lider  eləsəydi “afərin”, deyəcəkdik. Özümüzünküləri asıb-kəsməyə daha çox həvəsliyik. 

Eynşteynin nisbilik nəzəriyyəsi sanki fizikanın deyil, bizim cəmiyyətin qanunudur. Dağına baxıb qarını yağdırırıq.

Guya bütün işlərimiz düppədüz idi, bir Nemət Pənahlının baş-ayaq dayanması tərs? Bəlkə elə dayananda çox işləri daha düz görmək olar, kim bilir. 

# 2004
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb

23 mart 2023 , 00:01
Bakının bu küçəsində hərəkət dayandırılır

Bakının bu küçəsində hərəkət dayandırılır

22 mart 2023 , 17:12
“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

“Azerçay” milyonların izlədiyi aşpazı Masallıya dəvət etdi

22 mart 2023 , 13:07
Sabah 22 dərəcə  isti olacaq

Sabah 22 dərəcə isti olacaq

22 mart 2023 , 12:55
QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verdi

21 mart 2023 , 16:51
Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

Şuşada ekoaksiya Novruz şənliyi fonunda belə davam edir-FOTOLENT

21 mart 2023 , 15:58
Sabah hava belə olacaq-PROQNOZ

Sabah hava belə olacaq-PROQNOZ

21 mart 2023 , 12:38
100 gün oldu-FOTO

100 gün oldu-FOTO

21 mart 2023 , 09:47