Güclü maqnit qasırğası   XƏBƏRDARLIĞI
15 sentyabr 2022 15:57 (UTC +04:00)

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI

Günəşdəki vəziyyəti gündəlik müşahidə edən günəş laboratoriyalarının əməkdaşları yaxın günlərdə Yer kürəsini güclü maqnit qasırğasının əhatə edəcəyi barədə xəbərdarlıq ediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qasırğa sentyabrın 16-dan 18-dək davam edəcək. Sentyabrın 16-da qasırğa orta gücdə, 17-də güclü, sentyabrın 18-də isə yenidən orta gücdə olacaq.

Maqnit qasırğalarının təsirini minimuma endirmək üçün mütəxəssislər həddindən artıq işləməməyi, kifayət qədər yatmağı, spirtli içkilərdən, kofeinli içkilərdən, yağlı və zərərli qidalardan imtina etməyi tövsiyə edir. Fiziki fəaliyyəti azaltmaq və açıq havada daha çox vaxt keçirmək də arzu edilir.


 

# 4137
avatar

Oxşar yazılar