"Formula 1"ə görə bağlanan yollar açıldı
02 may 2023 10:03 (UTC +04:00)

"Formula 1"ə görə bağlanan yollar açıldı

Bu gün saat 8:00-dan Bakı Şəhər Halqası istiqamətində bağlanmış yollar artıq açılıb.

Bu barədə Lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib:

“Neftçilər prospekti, İstiqlaliyyət və Zərifə Əliyeva küçələri ilə kəsişən bütün yol ayrıclarında maneələr çəkilib, onlar 3 gün ərzində ərazidən götürüləcək. Digər söküntü işləri mərhələli şəkildə aparılacaq”.

# 1515
avatar

Oxşar yazılar