FHN-in xilasediciləri tərəfindən 45 nəfər dağıntılar altından sağ çıxarılıb -VİDEO
10 fevral 2023 09:27 (UTC +04:00)

FHN-in xilasediciləri tərəfindən 45 nəfər dağıntılar altından sağ çıxarılıb -VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Fövqəladə Hallar Nazirliyind'n Lent.az-a verilən məlumata görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

# 1989
avatar

Oxşar yazılar