Evrika liseyində Heydər Əliyevin yubileyi qeyd olundu - VİDEO
02 may 2023 20:55 (UTC +04:00)

Evrika liseyində Heydər Əliyevin yubileyi qeyd olundu - VİDEO

“Beynəlxalq Cambridge məktəbi olan Evrika liseyində, Ümummilli lider Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib. 

Lent.az xəbər verir ki, çıxışlardan öncə Azərbaycan himni səsləndirildi və Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Evrika liseyinin təsisçisi Xudaqulu Rzayev, liseyin direktoru Ofeliya Muradova gələn qonaqları salamlayıb, Ulu öndər Heydər Əliyev haqqında fikirlərini səsləndiriblər. 

Liseyin şagirdləri bir-birindən gözəl rəqs, mahnı, şer nümunələri ilə tədbirə xoş əhval-ruhiyyə bəxş ediblər.

Tədbirin xüsusi qonaqları, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Sevil Mikayılova, Cavanşir Feyziyev, Mahir Abbaszadə, Naqif Həmzəyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan general-mayoru Səxavət Salmanov, habelə, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosasiyasının sədri Heydər Eminli, Əməkdar artist, kinorejissor və aktyor – Elxan Qasımov,  Əməkdar artist, aktyor – Anar Heybətov da iştirak ediblər.


Tədbirdə liseyin müəllim və şagird kollektivi tərəfindən hazırlanmış, Ulu öndərin əziz xatirəsinə həsr olunan “Evrika” jurnalının təqdimatı da olunub. 


Tədbir şagirdlərin ifasında səsləndirilən “Yaşa, mənim xalqım”  mahnısı ilə başa çatıb.

# 3045
avatar

Oxşar yazılar