Ərzaqların üzərində gəzən siçanlar, natəmizlik – Marketlərə niyə nəzarət olunmur?
01 fevral 2023 15:30 (UTC +04:00)

Ərzaqların üzərində gəzən siçanlar, natəmizlik – Marketlərə niyə nəzarət olunmur?

Bu gün marketlərin əksəriyyətində sanitar-gigiyenik qaydalara əməl olunmadığının tez-tez şahidi oluruq. Cəmiyyətdə bəzi marketlərdə ərzaqların üstündə siçanların gəzməsiylə bağlı xəbərləri eşidirik.

Maraqlıdır, görəsən, siçan aşkarlanan marketin sahibi nə qədər cərimələnməlidir? Həmin market daha sonra fəaliyyət göstərə bilərmi?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, marketlərdə siçanların aşkarlanması halları ilə tez-tez rastlaşırıq.

Onun sözlərinə görə, siçan aşkarlanan marketlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müəyyən cərimələr tərtib edilir:

“Lakin neçə illərdir ki, hər hansı bir marketin bağlandığını görməmişəm. Bu səbəbdən cərimələrdən xəbərsizəm. AQTA mətbuatda gedən xəbərləri izləmir, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmir. Nə qədər ki, dövlət nəzarəti, ictimai nəzarət kütləvi informasiya vasitələri üzərindən olmayacaq bu vəziyyət belə də davam edəcək”. 

Eyyub Hüseynov sözlərinə davam edərək qeyd edib ki, ölkədə yalnız biznesin inkişafı siyasəti mövcuddur:

“İstehsalçı siyasəti arxa planda qalıb. Buna görə də marketlərdəki vəziyyət heç də ürəkaçan deyil. Bu gün şəhərin ən lüks, bahalı restoranının mətbəxində başqa hadisələr baş verir. Belə bir vəziyyət nəinki marketlərdə və ya restoranlarda var, həmçinin şirniyyat sexlərində də müşahidə olunur. Çox təəssüflər olsun ki, AQTA bu işlərin öhdəsindən gələ bilmir. Buna görə də ictimai nəzarətin gücləndirilməsi çox mühüm məsələdir”. 

# 3537
avatar

Arzu Qurbanlı

Oxşar yazılar