Döyülən məktəbli oğlanlara necə mesaj yazırmış? – YENİ AÇIQLAMALAR  -FOTO  -YENİLƏNİB
15 iyul 2022 16:07 (UTC +04:00)

Döyülən məktəbli oğlanlara necə mesaj yazırmış? – YENİ AÇIQLAMALAR -FOTO -YENİLƏNİB

Lənkəranda məktəbli qızın direktor və icra hakiminin müavini tərəfindən döyüldüyü iddia edilirdi. 

Lənkəran-Astara Regional Təhsil İdarəsindən də Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi ilə bağlı  yayılan məlumatlara əsasən, bildiririk ki, baş vermiş hadisə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırılır.

Nəticəyə uyğun olaraq mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Lent.az Sputnik Azərbaycana istinadən Lənkəran İcra hakiminin müavini və məktəblinin anasının açıqlamasını təqdim edir:

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı bildirib ki, barəsində səsləndirilən iddialar əsassızdır.R.Arifqızı yeniyetmə qızı döymədiyini söyləyib:

Rasilə Arifqızı

"Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm.Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim".

İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:

"Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, güya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar".

Qeyd edək ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran 4 saylı orta məktəbdə təhsil alır. R.Arifqızı bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar.

Döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Valideyn bildirib ki, Rasilə Arifqızının qızı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib:

"Sara qızıma deyib ki, "attestatın məndədir, sürücünü göndərirəm gəl bizə". Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb".

L.Camalova bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb:

"Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir".

Valideyn iddia edib ki, məktəb direktoru da həmin vaxt başçının müavinin evində olub. Qızı döyən zaman hadisəyə şahid olub: 

"Amma diektor qızımı döyməyib".
 

Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova

11:53

***

Xəbər verdiyimiz kimi, Lənkəranda məktəbli qızın icra başçısının müavini və məktəb direktoru tərəfindən döyüldüyü iddia olunur. 

Məsələ ilə bağlı Lent.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, həmin hadisə ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən də Lent.az-a hazırda məsələ ilə bağlı araşdırılma aparıldığı bildirilib.

 

***

11:18

Azərbaycanda icra hakimiyyəti başçısının müavini və məktəb direktoru məktəbli qıza şiddət göstəriblər. 

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, bu şəkilləri ona göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir:

“Şəkilləri mənə göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salanlar Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) olub. Məktəblini attestat vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər”.

Onun sözlərinə görə, buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan başqasına mesaj yazması olub:

“Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox. Şiddət göstərməklə nə əldə edəcəyinizi bəri başdan deyim. Fakt təsdiqini taparsa, əlvida kreslo”. 

# 16938
avatar

Aytəkin Cəlali

Oxşar yazılar