Dövlət Miqrasiya Xidmətinə yeni mətbuat katibi təyin olundu
01 fevral 2023 11:07 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinə yeni mətbuat katibi təyin olundu

Dövlət Miqrasiya Xidmətinə mətbuat katibi təyin olunub.

Lent.az xəbər verir ki, bu vəzifə Natəvan Bayramovaya həvalə olunub.

Natəvan Bayramova 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, N. Bayramova 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr dərəcəsi alıb.

Peşə fəaliyyətinə 2005-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor kimi başlayıb. 13 ilə yaxın müddətdə həmin şirkətdə böyük redaktor, Yayım Şurasının icraçı katibi, Gənclər-elm və təhsil departamentinin direktor müavini işləyib.

Dövlət orqanlarında müxtəlif vəzifələrdə iş təcrübəsinə malikdir.

Fəaliyyəti ilə əlaqədar bir neçə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

Ailəlidir, iki övladı var.

# 1698
avatar

Oxşar yazılar