Daşkəsənə DOLU yağdı: Evlərə  ziyan vurdu
23 may 2023 19:14 (UTC +04:00)

Daşkəsənə DOLU yağdı: Evlərə ziyan vurdu

Mayın 23-ü saat 18:00-dan başlayaraq Daşkəsən rayonu ərazisinə güclü dolu, qasırğa ilə müşayiət olunan leysan yağıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, dolu və leysan yağışları rayon mərkəzində elektrik xətlərinə və dirəklərinə, dam örtüklərinə, küçələrarası istinad divarlarına, kəndlərdə körpülərə, meyvə ağaclarına, kənd təsərrüfatı sahələrinə zərər vurub, sel-suları palçıq kütlələrini və qaya daşlarını avtomobil yollarına tökərək nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

Daşkəsən rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası yerli idarə, müəssisə və xidmət sahələri ilə birgə daxili imkanlar hesabına bərpa işlərini davam etdirir. Hazırda yağıntılı hava şəraiti davam edir.

# 2547
avatar

Oxşar yazılar