Dalağı əvəzinə səhvən qaraciyəri kəsilən  xəstə öldü
06 sentyabr 2024 01:09 (UTC +04:00)

Dalağı əvəzinə səhvən qaraciyəri kəsilən xəstə öldü

ABŞ-ın Florida ştatında həkim əməliyyat zamanı dalağı yerinə qaraciyəri çıxarılan xəstənin ölümünə səbəb olub.

Lent.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə, avqust ayında dünyasını dəyişən Uilyam Brayanın ailə vəkili məsələ ilə bağlı açıqlama verib.

Vəkil bildirib ki, Alabamada yaşayan Uilyam Brayan və həyat yoldaşı Beverli Floridadakı kirayəlik evlərinə gedərkən, 70 yaşlı Uilyam bədəninin sol tərəfində ağrı hiss edib və xəstəxanaya aparılıb.

Həkimlərin Brayanın dalağında problem olduğunu və əməliyyat olunmasını tövsiyə etdiyini deyən vəkil ailənin əvvəlcə bu təklifə həvəsli olmadığını, sonradan xəstəxanadakı həkimlər tərəfindən razılaşdırıldığını bildirib.

Vəkil iddia edib ki, həkim Tomas Şaknovski avqustun 21-də qapalı dalaq əməliyyatı adlanan laparoskopik splenektomiya üsulu ilə əməliyyat keçirib, lakin əməliyyat zamanı o Uilyamın dalağı əvəzinə qaraciyərini çıxarıb.

Şaknovskinin əməliyyat zamanı çıxardığı orqanın dalaq olduğunu iddia etdiyini deyən vəkil, xəstənin ölümündən sonra sözügedən orqanın əslində qaraciyər olduğunun üzə çıxdığını bildirib.

Brayan ailəsinin vəkili qeyd edib ki, onlar həkimin işdən çıxarılmasını xahiş ediblər.

Xəstəxanadan verilən açıqlamada iddialarla bağlı istintaq açıldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Oxşar yazılar