Daha bir imam İSTEFA VERDİ   - YENİLƏNİB
05 may 2023 17:29 (UTC +04:00)

Daha bir imam İSTEFA VERDİ - YENİLƏNİB

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tanınmış imam Hacı Adıgözəl Bəşirlinin işdən çıxarılmasını təsdiqləyib.

Qurumun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, İmişli şəhəri Cümə məscidinin imamı Bəşirov Adığözəl Cəmil oğlu öz ərizəsi ilə imam vəzifəsindən azad olunub. 

***

16:35

İranın molla rejiminə xidmət edən daha bir imam işdən çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə MOUZE teleqram kanalı məlumat yayıb.  

Kanalın yaydığına görə, İmişli rayon məscidinin imamı Hacı Adıgözəl Bəşirli tutduğu vəzifədən azad edilib. 

Onun İranın molla rejimini təbliğ etdiyi üçün işdən çıxarıldığı bildirilir. 

Qeyd edək ki, bu gün Xırdalanın axundu Azər Sani də vəzifəsindən uzaqlaşdırılıb. 

 

# 4587
avatar

Fidan İlqar

Oxşar yazılar